Fransanın sabiq səfiri Putin və Makron arasındakı görüşdən gözləntilər barədə danışdı
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron, qarşıdakı görüşdə İran və Suriyadan Ukraynadakı vəziyyətə və Moskvadakı bələdiyyə seçkilərinə qədər geniş mövzuları müzakirə edəcəklər.
Bunu Ria Novosti-yə Fransanın Rusiyadakı keçmiş səfiri Klod Blanşmezon deyib.
“Fransa Respublikasının Prezidenti Rusiya Prezidenti ilə dialoqun vacibliyindən dəfələrlə danışıb. Seçildikdən bir müddət sonra Putini Versala dəvət edib, daha sonra Sankt-Peterburqdakı iqtisadi foruma gedib, Putini Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyinə dəvət edib. Liderlər müntəzəm olaraq beynəlxalq mövzuları telefonla müzakirə edirlər.” – keçmiş səfir vurğuladı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Avqustun 19-da bir günlük Fransaya səfər edəcək. Bu müddət ərzində Putin Emanuel Makron ilə Ukrayna məsələsini müzakirə edəcək.