Fransanın xarici işlər naziri Jan-İv Le Drian, Moskvada görüşlər zamanı Rusiya ilə Avropa arasında təhlükəsizlik əlaqələrinin inkişaf etdirilməsi məsələsini Rusiya tərəfi ilə müzakirə etmək niyyətində olduğunu söylədi.
Bu barədə Le Drian Fransa səfirlərinin toplantısında açıqlaması zamanı məlumat verib.
Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron, səfirlərin iclasında çıxış edərək, Avropa təhlükəsizliyi və Rusiya ilə etibarlılıq üzrə əlaqələri yenidən qurmaq fikrini dilə gətirib.
Qeyd edək ki, Fransa və Rusiya Federasiyasının Müdafiə və Xarici İşlər Nazirlərinin görüşü sentyabrın 9-da keçiriləcək.