Fuad Abbasov: Məni heç kim həbs etməyib

0
706

Türkiyə informasiya agentliylərinin birində Moskva müxbiri kimi çalışan jurnalist, Azərbaycan vətəndaşı Fuad Abbasov, həbsi və Rusiyadan deportasiyası ilə bağlı yayılan məlumata münasibət bildirdi.
“Mənim həyatıma heç bir təhlükə yoxdur, heç kim məni həbs etməyib, heç bir deportasiyaya məruz qalmamışam. Hətta məhkəmənin qərarı olsa belə, mən o qərarı görməmişəm, heç kim o qərarı mənə göstərməyib.” – Abbassov, izləyicilərinə videomüraciət zamanı bildirdi.Fuad Abbasovun sözlərinə görə, onun evində polislər tərəfindən axtarış aparılmayıb və həyatında heç bir məhtudiyyət yoxdur.
Qeyd edək ki, bir müddət öncə, jurnalist Fuad Abbasovun Moskvada həbs edildiyi və Rusiyadan 49 illik deportasiya ediləcəyi barədə məlumat yayıldı.