Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasov Mayın 28-i Azərbaycana deportasiya ediləcək.
Bu barədə onun vəkili Elman Paşayev məlumat verdi.
” Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən zorakılığa məruz qalıb. Mən indi onunla görüşdüm. Zorakılığın izləri açıq aydın görünür. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək” – Paşayev bildirdi.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.
Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.