Gürcüstan deputatları Abxaziya və Osetiyayla dialoq yaratarmaq üçün Rusiyadan kömək istədi

0
598

Gürcüstan millət vəkilləri Rusiyalı həmkarlarından Abxaziya və Cənubi Osetiyadan gələn millət vəkilləri ilə dialoq qurmalarına kömək istədi.
Bu barədə gürcü deputat Ada Marşaniya məlumat verdi.
“Rusiya millət vəkillərindən, Abxaziya və Osetiyalılar ilə dialoq yaratmaqda kömək istəmişdik. Rusiya dövləti Abxaz cəmiyyətində və Osetiya cəmiyyətində yüksək nüfuza malikdir, ona görə həmkarlarımızdan bunu istədik. Onlar razılıq bildirdilər” – Marşaniya qeyd etdi.
Qeyd edək ki, Dövlət dumasında Rusiya-Gürcüstan parlamentlərarası dialoq qrupunun toplantısı keçirilib.Gürcüstan nümayəndə heyətinə deputat George Lomia başçılıq edir, Gürcüstan parlamentinin deputatları Ada Marşaniya və Tiflis Şəhər Şurası Qoqa Tevdoradze də iştirak edib.Rusiya tərəfini MDB İşlər Komitəsinin rəhbəri Leonid Kalaşnikov, deputatlar Kazbek Taysayev və Artem Kavinov təmsil edib.