Həştərxanda sürücü 4 nəfəri vurdu

0
668

Həştərxan vilayətinin Zubovka kəndində Oka avtomobilinin sürücüsü, üç uşaq da daxil olmaqla, dörd piyadanı vurub. Bu bararə DİN-in region üzrə baş idarəsi məlumat verdi.
Hadisə nəticəsində 1991-ci il təvəllüdlü ana 1 yaşlı körpəsi ilə kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdilirdi.
Hadisədə yaralanan digər piyadalar isə diz nahiyələrində sınıq ilə tibb mərkəzinə göndərildi.
Qəzanı törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü kişi saxlanılıb.
Qəzaya səbəb onun içkili olması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.