Hindistan Rusiya ilə qeyri-müdafiə və enerji sektorlarında əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

0
608

Nyu-Delhi, Moskva ilə təkcə nüvə enerjisi və müdafiə sənayesi sahəsində deyil, həm də neft-qaz sənayesi, həmçinin kosmik tədqiqatlar sahəsində əməkdaşlığın gücləndirilməsini zəruri sayır.
Bunu Hindistan xarici işlər nazirinin birinci müavini Vicay Gökhale açıqlayıb.
“Rusiya ilə çox xüsusi münasibətlərimiz var. Baş nazirin dəfələrlə qeyd etdiyi kimi, Hindistanın Rusiya Federasiyası ilə təkcə nüvə enerjisi və müdafiə sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı genişləndirməsi lazımdır” – Hindistan xarici işlər nazirinin birinci müavini Vicay Gökhale qeyd etdi.
Onun sözlərinə görə, Hindistan Vladivostokda baş tutacaq Şərq İqtisadi Forumunda Rusiya tərəfi ilə neft və qaz sektorunda, kosmik kəşfiyyat, dəmir yolu tikintisi, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsini müzakirə ediləcək.