Hindistan və Rusiya raket mühərrikləri sahəsində əməkdaşlığı müzakirə edir

0
564

Hindistan kosmos proqramında Rusiya texnologiyasından istifadə etmək üçün raket mühərriklərinin alınması ilə bağlı Moskva ilə danışıqlar aparır.
Bu barədə jurnalistlərə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri Kaylasavadivu Sivan məlumat verib.
“Rusiya Hindistana özünün kriogen raket mühərriki texnologiyasını təqdim edir. Raket mühərrikləri Hindistanda hazırlana və raketlərimizdə istifadə edilə bilər” – Kaylasavadivu Sivan qeyd etdi.
“Rusiya Kosmik Agentliyi ilə müxtəlif aspektlər üzrə danışıqlar aparırıq, amma bu günə qədər heç bir şey təsdiqlənməyib. Artıq tərtib edilən şey, Hindistanın kosmonavtlarını bizim “Gaganyaan” adlı pilot layihə ilə bağlı razılaşmadır.” – Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri vurğuladı.