İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Konte, Sibirdə baş verən böyük meşə yanğınları barədə xəbərlərdən narahatdır və İtaliyanın Mülki Müdafiə İdarəsindən Rusiyaya yardım təklif etdi.
Bu barədə Konte öz Twitter hesabında yazıb.
“Sibiri bürüyən yanğınlarla əlaqədar dramatik vəziyyətin xəbərlərindən sonra vəziyyətin tezliklə normallaşacağına ümid edərək, iki Canadair təyyarəsi ilə Rusiya Federasiyasına mülki müdafiə şöbəmizin əməkdaşlığını təklif etdim.” – İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Konte bildirdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Rusiya Müdafiə Nazirliyinin 10 təyyarəsi və 10 helikopteri yanğınların söndürülməsinə cəlb edildi.