İtaliyanın Baş naziri Rusiyanı təhlükəsizlik sahəsində “mərkəzi oyunçu” adlandırdı

0
651

Rusiya beynəlxalq sabitlik və təhlükəsizlik məsələsinin həll olunduğu dünyanın demək olar ki, bütün böyük zonalarında “mərkəzi oyunçudur”.
Bunu İtaliyanın Baş naziri Cüzeppe Konte Xarici İşlər Nazirliyində İtaliya səfirlərinin konfransında çıxış edərkən deyib.
“Rusiya hər mənada beynəlxalq sabitliyin və təhlükəsizliyin olduğu demək olar ki, bütün əsas “teatrlarda” mərkəzi oyunçudur. Nəticə etibarilə Moskva olmadan böhranların həllini axtara bilmərik.” –  İtaliyanın Baş naziri Cüzeppe Konte qeyd etdi.
Konte, Rusiyanın bütün təhlükəsizliyi ilə Avropanın ən böyük qonşusu olduğunu unutmamağa çağırdı.
Bundan əlavə, İtaliyanın Baş naziri Avropanın tərksilah problemlərinin həllində daha fəal rol alacağına ümid etdiyini bildirdi.