Jukovskinin kənarında yerləşən Rıbinskoye kəndi yaxınlığında Ural Hava Yollarına məxsus A-321 təyyarəsi təcili qəza enişi etdi.
Bu barədə fövqəladə hallar xidmətindən məlumat verildi.
Təyyarəyə havaya qalxan zaman laynerin mühərrikinə quş girdi və alov başlandı. Təyyarə uçuş-enmə zolağından sahəyə yuvarlanaraq təcili eniş etdi. Yanğın söndürüldü.
Təyyarənin göyərtəsində 7 heyət üzvü olmaqla 234 nəfər olub. Onların hamısı təxliyə edildiyi bildirilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xəsarət alan 10 nəfərin üçü uşaqdır.
Hazırda təyyarə qarğıdalı sahəsindədirlər. Müstəntiqlər hadisə yerinə gedib.
Qeyd edək ki Ural Hava Yollarına məxsus A-321 təyyarəsi Moskva-Simferopol reysini həyata keçirirdi.