Kabardino-Balkariyada terror hücumlarının qarşısı alındı

0
446

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Kabardino-Balkariyada terror hücumlarının qarşısını aldı. Hücumu hazırlayan döyüşçü tutularaq, günahını etiraf etdi. Bu barədə FSB-nin mətbuat xidmətindən məlumat verildi.
“Operativ əməliyyat zamanı Urvan bölgəsinin Çornaya Reçka və Altud kəndləri yaxınlığındakı meşədə istifadəyə yararlı iki güclü partlayıcı aşkar edildi” – mətbuat xidmətindən verilən məlumarda deyilir.
Bundan sonra qısa müddətdə bu partlayıcıları hazırlayan şəxs tutuldu. Terror hücümunu hazırlayan, daha öncə terrorla ittiham olunan yerli sakinin olduğu ortaya çıxdı. Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının və dövlət strukturlarının obyektlərinə qarşı təxribat və terror aktları hazırladığını etiraf etdi.
Hazırda Federal Təhlükəsizlik Xidməti onun hər hansı bir terror qruplaşması ilə əlbir olub-olmadığını araşdırır.