Kadırov ABŞ-ın Çenen xüsusi təyinatlılarına qarşı sanksiyalarının tətbiqini şərh etdi

0
485

Çeçen prezidenti Ramzan Kadırov Telegram vasitəsi ilə ABŞ-ın Çeçenistanın “Terek” xüsusi təyinatlı dəstəyə qarşı sanksiyalarının tədbiq olunmasını şərh etdi.
Kadırov ABŞ Maliyyə Nazirliyinin bu qərarına təəccüblənib. Onun sözlərinə görə terrorvə ekstremizmə qarşı mübarizə aparan bu xüsusi təyinatlılar, dünyanın ən yaxşı və ən təcrübəli dəstələrindəndi.
Çeçenistan prezidenti hesab edir ki, sanksiyaların tədbiq edilməsi ABŞ-ın balaca Çeçenistamdan qorxması deməkidir.
“Deməli biz doğru yoldayıq.Effektiv, səmərəli, tez bir şəkildə hərəkət edirik. Xalqın uğrunda Allahın uğrunda, Vətənimiz Rusiyanın düşmənləri ilə, İslam düşmənləri ilə , Çeçenistanın və Çeçen xalqının düşmənləri ilə döyüşdə ölməyə hazırıq.” – Çeçenistan prezidenti qeyd etdi.