Kaliforniya səlahiyyətliləri ABŞ-ın ən böyük elektron siqaret istehsalçısını məhkəməyə verdi

0
370

Bazar ertəsi Kaliforniyanın Baş prokuroru Javier Becerra və Los Angeles County Səlahiyyətliləri, Birləşmiş Ştatların ən böyük elektron siqaret istehsalçısı Juul Labs’a qarşı iddia qaldırdı. Bu barədə baş prokurorluğun saytında dərc olunan bəyanatda deyilir.

Məhkəmə prosesində Juul’un elektron siqaret alıcılarında müvafiq yaş yoxlamaları etmədiyi və yetkinlik yaşına çatmayanlara təqdimat materialları göndərdiyi vurğulanır. İddiaçılar şirkətdən pozuntuların dayandırılmasını və məbləği hələ müəyyənləşdirilməmiş cərimənin ödənilməsini tələb edirlər.

Juul nümayəndələri, yetkinlərin məhsullarının hədəf auditoriyası olduğunu ifadə edərək bir bəyanat verdilər. Şirkət məhsullarını yetkinlik yaşına çatmayanlar arasında satmağa çalışmadığını vurğuladılar.