Kamerun sahillərində dəniz quldurları üç Rusiya vətəndaşını əsir götürdü.
Hazırda rusiyalı diplomatlar onları azad etmək üçün danışıqlar aparır.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Rusiyanın Yaundada yerləşən səfirliyindən verilən məlumata görə, Kamerun səlahiyyətliləri və gəmi şirkətinin nümayəndələri hadisənin şərtlərini aydınlaşdırmaq üçün addımlar atır. Rusiya diplomatları, Rusiya vətəndaşlarının azad edilməsini asanlaşdırmaq üçün Kamerun hakimiyyəti və gəmi mülkiyyətçiləri ilə fəal işləyir” – Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan xəbərə görə, avqustun 15-də Douala limanının (Kamerun Respublikası) yaxınlığında naməlum şəxslər Danimarkanın Ultrabalk şirkətinə məxsus Marmalita yük gəmisinə hücum edib.
Əsir götürülən 8 nəfər heyyət üzvündən üçü Rusiya vətəndaşları olduğu bildirilir.