Rusiya: “Kapadokiya yarım ilə 1,5 milyon turist qəbul etdi”

0
785

Türkiyənin məşhur turistik regionlarından olan Kapadokiya son altı ayda 1,5 milyon turist qəbul edib.
Ötən ilə nisbətən bu göstəricinin 21% artdığı bildirilir. Rusların ən çox sevdiyi turistik bölgələrdən olan Kapadokiya, bu il yüz minlərlə rus turistə ev sahibliyi etdi. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verilən məlumata görə xarici qonaqların bu məkana gəlişi hər gün daha da artır. Nazirliyin məlumatına əsasən, Rusiya, Çin və Hindistan vətəndaşlarının buraya axını turist trafikinin artmasına müsbət təsir göstərir.
Göreme açıq hava muzeyini bu ilin altı ayında mağara məbədləri kompleksində təxminən 650 min turist ziyarət edib.
Kapadokiya il boyu fəaliyyət göstərən turistik zonadır. Yanvar-fevral aylarında bura 250 minə yaxın turist gəldiyi bildirilir. Mart-iyun aylarında isə bölgəyə təxminən 1,3 milyon turist istirahət edib. Bu, Kapadokiya üçün rekord göstəricidir