KXDR lideri Kim Çen In, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüş öncəsi, Koreya Yarımadasında sülhə nail olmaq və iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək üçün əməkdaşlıq etmək niyyətini açıqladı.
Bu barədə Mərkəzi Koreya Teleqraf Agentliyi məlumat verdi.
Şimali Koreya lideri, KXDR Dövlət Şurasının sədri seçilməsi ilə əlaqədar Putinin təbriklərinə cavab olaraq Rusiya prezidentinə teleqram göndərərək, təbrikləri üçün təşəkkür etdi.
“Koreya və Rusiyanın ənənəvi dostluq əlaqələrini ardıcıl olaraq konstruktiv şəkildə inkişaf etdirmək və Koreya yarımadasında və dünyada yeni dövrün tələblərinə uyğun olaraq sülh və təhlükəsizliyi təmin etmək üçün sizinlə sıx əməkdaşlıq etmək niyyətindəyik” – Korea lideri qeyd etdi.