Rusiyanın Kirov vilayətində 3 nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin region üzrə baş idarəsindən məlumat verilir.
“Tujinski rayonunda yerləşən “Vyatka” federal magistral yolunun 197 km-də qarşı-qarşıya gələn VAZ və LADA avtomobillərinin toqquşması baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib”- deyə, verilən məlumatda deyilir.
Faktla bağlı cinayət işi açılıb, hadisənin baş vermə səbəbləri araşdırılır.