Krasnoyarskın Taskino kəndində yerləşən yaşayış binasında yanğın baş verdi.
Baş verə yanğın nəticəsində 4 nəfər dünyasını dəyişdi. Həlak olanlardan 2-in uşaq olduğu bildirilir.
Bu barədə Karatuzski rayon növbətçi dispetçer xidməti məlumat verdi.
Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, baş vermiş yanğınla əlaqədar zəng səhər saat 4-də daxil oldu.
Yanğın 200 kvadrat metrlik ərazini əhatə etdiyi qeyd olunur
Hazırda Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və istintaq-əməliyyat qrupu hadisə yerində işləyir.