Kreml Estoniyanın Rusiyaya qarşı ərazi iddialarını qəbuledilməz adlandırdı

0
410

Kreml Estoniyanın Rusiyaya qarşı ərazi iddialarını qəbuledilməz hesab edir. Bu barədə çərşənbə günü Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Biz bu tələbi qəbuledilməz hesab edirik və bununla razılaşa bilmərik” deyən Kremlin sözçüsü Estoniya parlamentinin spikerinin Rusiyanın 1920-ci il Tartu Sülh Müqaviləsinə uyğun olaraq ərazini Baltik respublikasına qaytarmalı olması barədə verdiyi açıqlamaya münasibət bildirərkən deyib.