Kreml Krımla bağlı mübahisələrə son qoydu

0
546

Rusiya rəhbərliyi Krım məsələsini Ukrayna ilə istənilən formatda müzakirə etməyin mümkün olmadığını düşünür.

Bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov bildirib ki, “Normand formatı”nda keçiriləcək görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski Krım məsələsini qaldırarsa, buna reaksiya verilməyəcək:

“Krım məsələsini heç bir şəkildə müzakirə etmək mümkün deyil. Bu, dəfələrlə müxtəlif səviyyələrdə bəyan edilib. Buna görə bu məsələnin gündəmə hansı formatda qoyulmasının əhəmiyyəti yoxdur”.