Kreml Putin və Makron arasındakı danışıqların təfərrüatlarını açıqladı

0
606

Kreml Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla apardığı danışıqları müsbət, dialoqun gərgin, konstruktiv və məxfi olaraq xarakterizə edib. Bunu jurnalistlərə açıqlamasında Rusiya liderinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Peskovun sözlərinə görə, prezidentlər iki nümayəndə heyətinin iştirakı ilə üz-üzə söhbət və danışıqlar aparıb. Prezidentlər bir-biri ilə söhbət edən zaman, iki xarici işlər naziri və beynəlxalq məsələlər üzrə köməkçiləri arasında təmaslar da ayrıca baş tutdu.
“Bütün bunlar məzmun baxımından çox zəngin olan və konstruktiv dialoq kimi təsvir edilə bilər. Həm ikitərəfli, həm də beynəlxalq gündəmin əsas mövzularına dair müzakirələr aparıldı”, – deyə Rusiya liderinin mətbuat katibi qeyd etdi.