Kreml Putin və Zelenski arasında baş tutan söhbətin detalları barədə məlumat verdi

0
648

Vladimir Putin və Vladimir Zelenski arasında cümə axşamı baş tutan telefon danışığı təxminən iyirmi dəqiqə davam etdi. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bu, iki prezident arasında ilk söhbət oldu. Bilirsizin ki, daha əvvəl onlar heçbir əlaqələr olmayıb. Söhbət praqmatik xarakter daşıyıb” – Peskov qeyd etdi.
Onun sözlərinə görə, dialoq Ukrayna tərəfinin təşəbbüsü ilə başlamı.
Müzakirələr zamanı Donbassda həll məsələləri, “Norman formatında” danışıqlar və saxlanılmış şəxslərin qaytarılması ilə bağlı birgə işlərin ətrafında fikir mübadiləsi aparılıb.
Dmitri Peskov Zelenski və Putin arasında növbəti danışıqların vaxtının məlum olmadığını bildirib.