Kreml Rusiya Dövlət Başçısı Vladimir Putin ilə Ukrayna prezidenti Vladimir Zelensky arasında ilk söhbətin çox əhəmiyyətli olduğunu hesab edir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə açıqlamasında bildirdi.
“Düşünmürəm ki indi emosional nüansları müzakirə etmək lazımdır, söhbət bunu üçün deyildi. Rusiyanın və Ukraynanın prezidentləri arasındakı ilk ünsiyyətin çox əhəmiyyətlidir” – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğuladı.Qeyd edək ki, cümə axşamı Putin və Zelenski arasında, Ukrayna tərəfinin təşəbbüsü ilə, telefon danışığı baş tutdu.
Müzakirələr zamanı Donbassda həll məsələləri, “Norman formatında” danışıqlar və saxlanılmış şəxslərin qaytarılması ilə bağlı birgə işlərin ətrafında fikir mübadiləsi aparılıb.