Krımın Feodosiya rayonunda yerləşən Tavrida magistral yolunda avtomobil qəzası baş verdi. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişdi, onlardan ikisi yeniyetmə olduğu bildirilir.
Bu barədə region yol polisinin mətbuat xidmətindən verildi.
“İyulun 10-u gecə saat 2 radələrində Feodosiya rayonu yaxınlığında, ikisi yeniyetmə olmaqla, üç nəfərin öldüyü, bir yeniyetmənin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verdi” – mətbuat xidmətindən verilən məlumta deyilir.
İlkin məlumatlara əsasən, Kerç şəhəri istiqamətində hərəkət edən Hyundai markalı avtomobil qarşı yola çıxaraq yük maşını ilə toqquşub.
Faktla bağlı cinayət işi açılıb istindaq davam edir.