Krımın şərqində, Feodosia-Kerç magistral yolunda sərnişin avtobusu yoldan çıxaraq dərəyə yuvarlandı.
Hadisə nəticəsində 8 nəfər yaralandı bir nəfər isə dünyasını dəyişdi.
Bu barədə, Rusiya Daxili İşlər Nazirliyinin Krım mətbuat xidmətinin rəhbəri Olqa Kondraşova məlumat verdi.
“Bu gün, saat 17.30 radələrində, Feodosiya-Kerç magistralında, “Boqdan” adlı marşrut avtobusu yoldan çıxaraq dərəyə yuvarlandı. Qəzanın əsas səbəbi kimi əyləclərin işləməməsi göstərilir. Avdobusun daxilində səkkiz sərnişin və bir sürücü var idi” – Kondraşova qeyd etdi
Onun sözlərinə görə, hadisə yerinə hüquq-mühafizə əməkdaşları cəlb olundu. Lazımi tədbirlər görülür, hadisənin daha dəqiq detalları müəyyənləşdirilir.