Krımda, Türkiyə ilə bərə xidmətlərinin bərpa edilməsi ilə bağlı məlumat təkzib edildi

0
408

Krım ilə Türkiyə arasındakı bərə yükdaşıma xidməti hələ bərpa edilməyib. Proses danışıqlar ərəfəsindədir, Cənubi Regional İxrac Dəstək Mərkəzinin direktoru Natalya Serova açıqlama verib.

Bundan əvvəl, Serova, bir neçə il əvvəl kəsilmiş bərə xidmətinin bərpa edildiyini elan etmişdi. Öz növbəsində, Dövlət Dumasının Krım bölgəsindən olan deputatı Natalya Poklonskaya bu xəbəri Krımın dostluğu və tanınması yolunda daha bir addım adlandırmışdı.

Serova “Yenilənmiş son məlumata görə, hazırda bərə xidməti bərpa edilməyib. Proses danışıqlar və təsdiqləmə mərhələsindədir” deyib.

Onun sözlərinə görə, Krım biznesi Türkiyə ilə bərə xidmətinin bərpa olunmasını alqışlayacaq.