Krasnodar diyarındakı Fövqəladə Hallar Nazirliyinin bölməsinin verdiyi məlumata görə, Kuban şəhərində iki təbii yanğın mərkəzi yanmaqda davam edir.
Ötən həftədən bəri Kubanda meşə yanğınlarına qarşı aktiv mübarizə aparılır. Ötən çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin regional qərargahı Kubanın 14 rayonunda tam, daha 11 rayonunda qismən xüsusi yanğın rejiminin tətbiq olunduğunu elan edib.
Tuapse rayonunda yerli hakimiyyət orqanları meşələrə və meşə parkları ərazilərinə daxil olmaöa, yanğınlar törətməyə, yarpaqları və zibilləri yandırmağa qadağa qoyub.
Çərşənbə günü bölgə hakimiyyəti vəziyyətə havadan nəzarət etdi. Bölgə başçısı Veniamin Kondratyev, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə komissiyanın iclası zamanı ərazilərə nəzarəti gücləndirməyi tapşırıb.
Bölgə rəhbərliyinin bildirdiyinə görə, 360-a yaxın insan meşələrə girişə nəzarət edir.