Kuzbassda yol qəzası nəticəsində 3 nəfər öldü

0
565

Kemerovo vilayətinin Belovski rayonunda baş verən qəza nəticəsində üç nəfər dünyasını dəyişdi, bir nəfər yaralandı. Bu barədə Daxili İşlər Nazirliyinin Kemerovo üzrə Baş idarəsindən məlumat verildi.
Qəza yerli vaxtla saat 06.40 Leninsk-Kuznetsk-Prokopyevsk-Novokuznetsk magistral yolunun 43-cü kilometrliyində baş verdi. Belovski rayonunun yol polisi işçiləri və Rusiya Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu dərhal qəza yerinə gəldi.
“İlkin məlumatlara əsasən Toyota Rav 4 markalı minik avtomobilinin sürücüsü yuxuya gedib və asfalt döşəmə işlərinin aparıldığı hissəyə keçərək, təmir işlərini aparan texnika ilə toqquşub. nəticəsində Toyota avtomobilinin sürücüsü və onun iki sərnişini yerindəcə dünyasını dəyişib, 13 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.” – Daxili İşlər Nazirliyinin Kemerovo üzrə Baş idarəsindən verilən məlumatda deyilir.
Hazırda polis əməkdaşları hadisənin bütün detallarımı müəyyənləşdirir. Yoxlamaların nəticələrinə əsasən qanuna uyğun qərar veriləcək.