Rusiya və ABŞ, Latın Amerikası ölkəsində yaşanan böhranla əlaqədar iki ölkənin mövqelərinin uyğun gəlmədiyinə baxmayaraq, Venesuela da daxil olmaq üzərə əlaqələri davam etdirməyə razılaşdı.
Bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov məlumat verdi.
Bundan əlavə Lavrov qeyd etdi ki,
Rusiya ABŞ-ın Venesuelaya hərbi müdaxilə planlarına qarşı bir qrup ölkə yaratacaq.
“Belə bir qrup BMT-də yaradılıb və ümid edirəm ki, təşkilatda ciddi dəstək olacaq, çünki bu, çox sadə bir şeydir, bu mövzunu təhrif etmək çətindir, beynəlxalq hüququn əsas normaları və prinsiplərinin qorunması, BMT Nizamnaməsində yazılmışdır” – Lavrov vurğuladı.