Xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Maykl Pompeo arasında telefon danışığı baş tutdu. Bu barədə Rusiya XİN-in rəsmi internet saytında məlumat verildi.
Tərəflər Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Venesuela müxalifətinin
hərkətlərini və oradaki vəziyyəti müzakirə etdi.
“Rusiya tərəfi, Vaşinqtonun suveren dövlətin daxili işlərinə müdaxiləsi, onun rəhbərliyini təhdid etməsi beynəlxalq hüququn ciddi pozulması demək olduğunu vurğuladı. Təcavüzkar addımların davam etməsi ən ciddi nəticələrə gətirib çıxardacağı vurğulandı” – XİN-in verdiyi məlumatda deyilir.