Lavrov: ABŞ İranı iqtisadi cəhətdən boğmağa çalışır

0
568

ABŞ İranı iqtisadi cəhətdən boğmağa və xalqın narazılığını artırmağa çalışır, İrandakı iğtişaşlar Vaşinqtonun siyasətinin nəticəsi idi. Belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“İranda problemlər çox ciddidir, o cümlədən amerikalıların bu ölkəyə qarşı qanunsuz sanksiyalar elan etməsi, İranın nüvə proqramı ilə bağlı sazişdən çıxması və İran da daxil olmaqla hər kəs bunu həyata keçirmək məcburiyyətində qalır. Düzü, onu necə təsvir edəcəyimi də bilmirəm, bu bir növ, tamamilə sürrealistik bir yanaşmanın absurdluğudur. Onlar özləri Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etməyi qadağan edirlər” – deyə, rusiyalı nazir “Aralıq dənizi: Roma Dialoqu” V beynəlxalq konfransdakı çıxışı zamanı bildirib.