Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatlar və Rusiya Federasiyasının qeyri-hökumət ekspert qrupu və iki ölkənin işgüzar şurasının yaradılmasına dair təşəbbüs irəli sürdü.
“ Öncəliklə, mən, tanınmış siyasi alimlərdən, keçmiş hərbi diplomatlardan, ikitərəfli əlaqələr üzrə mütəxəssislərdən qeyri-hökumət ekspertlər şurasının yaradılmasının məqsədə uyğunluğunu vurğulamaq istərdim” – Rusiya Xarici işlər Naziri , Pompeo ilə görüşdən sonra, təşkil olunmuş mətbuat konfransında bildirdi.
Nazirin sözlərinə görə, xaricdən gələn ekspertlər, Moskva və Vaşinqtonun, qarşılıqlı güvənsizliyinin aradan qaldırılmasına, o cümlədən, müdafiə tədbirlərinin düzgün şəkildə şərh edilməsinə, silahlanma yarışının qarşısını almasına və digər sahələrdə əməkdaşlığın qurulmasına necə kömək edəcəklərini müəyyənləşdirməyə kömək edəcək.
“İkitərəfli işgüzar şuranın yaradılmasını da nəzərdə tuturuq ki, bu da öz növbəsində, hər iki tərəfdən böyük əcnəbi sahibkarlarını bir araya gətirəcək.
Onlar həmçinin hökumətlərə qarşılıqlı, faydalı, iqtisadi əməkdaşlığa dair, nəzərdə tutulmuş tövsiyələr verə bilərcək.” – Lavrov əlavə etdi.