Lavrov, ATƏT-in dialoqunun tezliklə razılaşmalara səbəb olacağına ümid etdiyi bildirib

0
543

Rusiya ATƏT-də strukturlaşdırılmış dialoqun tezliklə konkret razılaşmalara gətirəcəyinə ümid edir.
Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Slovakiyada ATƏT Xarici işlər nazirlərinin qeyri rəsmi görüşü zamanı jurnalisrlərin suallarını cavablandırarkən bildirib.
“Məsələ faydalıdır, amma indiyədək bu dialoq heç bir nəticə verməyib. Və vəziyyət ümumi olaraq olduqca ciddidir. Bu, həll tələb edir, vəziyyəti daha da yaxşılaşdırmaq üçün praktik addımlar tələb edir. Ümid edirik ki, strukturlaşdırılmış dialoq yaxın gələcəkdə konkret razılaşmalara səbəb olacaqdır” – Sergey Lavrov qeyd etdi.
Rusiya Xarici İşlər Naziri əlavə etdi ki ATƏT ” hərbi-praktik sahədə əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək” potensialına və mandata malikdir.
Qeyd edək ki, Slovakiyanı Vısoki-Tatrı şəhərində ATƏT Xarici İşlər Nazirlərinin qeyri rəsmi görüşü təşkil olunub