Rusiya xarici işlər naziri Sergey Lavrov, Slovakiyada Avstriya xarici işlər naziri Aleksandr Şallenberq ilə bir araya gəldi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Xarici əlaqələr qurumlarının rəhbərləri ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, mövcud beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar” –mətbuat xidmətindən verilən məlumatda deyilir.
Məlumata əsasən, görüş başlamazdan əvvəl nazirlər Avstriyadakı daxili siyasi vəziyyətlə bağlı qısa fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Slovakiyanın Vısoki-Tatrı şəhərində ATƏT Xarici İşlər Nazirlərinin qeyri rəsmi görüşü təşkil olunub.