Rusiya birinci Xəzər İqtisadi Forumuna böyük əhəmiyyət verir, bu bir çox sahələrdə əməkdaşlığa təkan verəcək.
Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib.
“Hökumətlər, ixtisaslaşdırılmış iqtisadi idarələr və Xəzərdə işləməkdə maraqlı olan biznes strukturları arasında birbaşa əlaqə yaratmaq üçün xüsusi bir platformanın yaradılması ehtiyacı obyektiv olaraq yetişdi. Bu baxımdan Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov tərəfindən irəli sürülmüş Xəzər İqtisadi Forumunun mütəmadi keçirilməsi ideyası çox aktualdır” – Sergey Lavrov “Xarici siyasət və Türkmənistanın diplomatiyası ” jurnalına bildirib.
Rusiya xarici işlər naziri, həmçinin Rusiyanın bu foruma böyük əhəmiyyət verdiyini qeyd etdi.
“Bunu baş nazir Dmitri Medvedevin rəhbərlik edəcəyi Rusiya nümayəndə heyətinin səviyyəsi əyani şəkildə sübut edir” – rusiya xarici işlər naziri əlavə etdi.
Qeyd edək ki, Xəzər İqtisadi Forumu Avqustun 11-12-də Türkmənistanın Avaza turizm zonasında keçiriləcək.