Rusiya xarici işlər naziri Sergey Lavrov, Daşkəndə səfəri çərçivəsində, Özbəkistan prezidenti Şövkət Mirzəyevin Rusiyaya baş tutacaq səfərinin hazırlığını müzakirə etdi.
“Daşkənd səfəri Rusiya-Özbəkistan əlaqələrinin yüksək səviyyəsi olduğunu göstərdi. Bu da Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirzəyevin səfərinin hazırlanmasında prioritetləri müəyyənləşdirməyə imkan verir.” – Rusiya xarici işlər nazirliyinin rəsmi internet saytında məlumat verildi.