Rusiya xarici işlər naziri Sergey Lavrov və Fələstin Azadlığı üçün Demokratik Cəbhənin baş katibi Naif Havatme ilə, İordan çayının Qərb Sahilindəki və Qəzza Zolağındaki vəziyyəti müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Müzakirə Yaxın Şərqdəki münaqişənin vəziyyəti, İordan çayının Qərb sahili və Qəzza zolağındaki vəziyyətə, o cümlədən Fələstin milli birliyinin bərpası məsələsinə yönəldi. Eyni zamanda, Rusiya tərəfi Fələstin-İsrail münaqişəsinin tanınmış beynəlxalq hüquqi əsasda həllinin iki dövlətli prinsipinə sadiq olduğunu təsdiqlədi” – məlumatda deyilir.