Rusiya xarici işlər naziri Sergey Lavrov, avqustun 27-də Moskvada Hindistanın xarici işlər naziri Subramaniam Cayşankar ilə Cammu və Kəşmir ətrafındakı gərginliyin artmasını müzakirə edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verdi.
“Danışıqlar zamanı çox geniş müzakirələr aparılacaq və regional məsələlərə baxılacaq. Cammu və Kəşmirdəki vəziyyət BMT Təhlükəsizlik Şurasının iclası buna həsr olunduğunu nəzərə alsaq, əlbəttə ki, bu istiqamətdə fikir mübadiləsi aparılacaq”, – Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etdi.