Lavrov Kuba və Braziliyaya səfər edəcək

0
665

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 23-27-də Kuba, Surinam və Braziliyaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova brifinqdə jurnalistlərə məlumat verdi.
“Lavrov İyulun 23-24-də Kübaya, 26-27 İyulda Surinaya səfər edəcə 25-26 İyul tarixlərində isə Braziliyada keçiriləcək BRİKS ölkələrinin xarici işlər nazirləri arasında keçiriləcək toplantıda iştirak edəcək.” – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova brifinqdə qeyd etdi.
Onun sözlərinə görə, iyulun 24-də Havanada Lavrov Kuba xarici işlər naziri ilə görüşəcək, orada tərəflər ikitərəfli, beynəlxalq və regional gündəliyin ən vacib məsələlərini müzakirə edəcəklər.