Lavrov Kubalı həmkarı ilə görüşəcək

0
576

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Mayın 25-i Rusiyaya rəsmi səfər edəcək Kuba Xarici İşlər Naziri Bruno Rodriges Parrilya ilə görüşəcək.
Görüş əsnasında ikitərəfli əlaqələr o cümlədən Venesuela ətrafında cərəyan esən hadisələr müzakirə olunacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
Kuba Xarici İşlər Nazirinin Moskvaya səfərini Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bir müddət öncə elan etdi. Səfər 25-28 may tarixlərini əhatə edəcək.. Parrilya, Mayın 27-si Lavrovla görüşəcək.
“Danışıqlar zamanı, Venesuela ətrafında vəziyyətin inkişafı, ticarət və iqtisadi məsələlər, eləcə də beynəlxalq və regional gündəliyin bir sıra aktual məsələləri də daxil olmaqla ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edilməsi planlaşdırılır.” – məlumatda deyilir.