Rusiya xarici işlər naziri Sergey Lavrov Sentyabrın 11-də Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku ilə danışıqlar aparacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova məlumat verdi.
“Sentyabrın 11-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Moldova Respublikasının xarici işlər və Avropaya inteqrasiya naziri arasında görüş baş tutacaq”, – Zaxarova qeyd etdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ikitərəfli əlaqələrin, 2001-ci ildə imzalanmış dostluq və əməkdaşlıq müqaviləsində təsbit edilmiş prinsiplər əsasında yenilənməli olduğunu bildirdi.
Zaxarovanın sözlərinə görə, görüş zamanı Rusiya-Moldova əməkdaşlığının aktual problemləri və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.