Lavrov Pompeo ilə görüşünü Putinlə Trampın görüşünün davamı olduğunu bildirdi

0
627

Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşünü, Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Tramp arasındaki müzakirələrin davamı adlandırdı.
“Düşünürəm ki, bir neçə gün əvvəl Putin və Trump arasında baş tutan müzakirələrin inkişafına çox yaxşı bir addım atdıq” – Lavrov qeyd etdi.
Görüş sonrası Rusiyalı nazir, Mayk Pompeo ilə strateji sabitlik məsələlərini müzakirə etdiyini söylədi.
“Strateji sabitliklə bağlı məsələləri müzakirə etdik” – Rusiya rəsmisi vurğuladı.
Sergey Lavrovun sözlərinə görə, Rovaniemidə keçirilən görüş yaxşı və konstruktiv oldu.
“Çox yaxşı və konstruktiv görüş oldu. BMT-nin gündəmində olan bir sıra regional məsələləri nəzərdən keçirdik” – Lavrov, görüş sonrası bildirdi.