Lavrov Pompeo ilə Venesuelanı müzakirə etdi

0
496

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ dövlət katibi Maykl Pompeo arasında telefon danışığı baş tutdu.
Danışıq əsnasında Venesuala məsələsi müzakirə olunduğu bildirilir.
Bu barədə ABŞ Dövlət departamenti məlumat verdi.
Məlumata əsasən, Dövlət katibi Rusiyanı qeyri-konstruktiv davranışı dayandırmağa və Venesuela xalqının yaxşı gələcəyi üçün çalışan digər Qərb ölkələrinə qoşulmağa çağırdı.
Dövlət katibi hesab edir ki, Rusiyanı davranışları Venesuelada gərginliyin artmasına səbəb olur.
Pompeo, həmçinin, Rusiyanın Nikolas Maduro hökumətinə verdiyi dəstəy nəticəsində, Venesuela xalqının əzabını uzatdığını qeyd etdi.