Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mayın 14-də Soçidə keçirilən görüş zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeoya ABŞ-da həbs olunan Rusiya vətəndaşı Bogdana Osipovanın uşaqları tərəfindən yazılmış məktubu təqdim edib.
Bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Prezident Şurasının üzvü Aleksandr Brod məlumat verdi.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Maykl Pompeo ilə görüşü zamanı, Osipovanın uşaqlarının məktubunu Pompeoya təqdim etdi”
Qeyd edək ki, bu məktub Rusiyanın Xarici İşlər Nazirliyinə və ABŞ Xarici İşlər Nazirliyinə ünvanlanıb.
“Məktubda uşaqlar, onların çətin taleyi haqqında, ataları tərəfindən istismar edildikləri, həmçinin onunla yaşaya bilmədikləri üçün, anası ilə Rusiya Federasiyasının ərazisinə keçdiklərini yazıblar. İndi onlar uzun müddət anasından ayrı qalıb, onun taleyi barədə narahatlıq duyurlar, və məhkəmənin çıxardacağı hökm zamanı bu şərtlərin nəzərə alınmasını xahiş edirlər” – Brod bildirdi.