Lavrov Qanalı həmkarı ilə görüşəcək

0
639

 

Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 20-də Qananın xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Bovey ilə danışıqlar aparacaq.
Görüş Qanalı nazirin Moskvaya səfəri çərçivəsində baş tutacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Xarici işlər naziri Sergey Lavrovun iş qrafikinə gəlincə, 19-21 avqust tarixlərində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Moskvaya işgüzar səfər edəcək. Xarici işlər naziri Sergey Lavrov avqustun 20-də qanalı həmkarı ilə danışıqlar aparacaq” – Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova qeyd etdi.