Rusiya Əfqanıstan ordusunu və güc strukturlarını təchiz etməyə davam edəcək.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov məlumat verdi.
“Biz daha əsaslı bir şəkildə, Əfqan ordusunun və Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təchiz edilməsinə yardım edirik və bu yardımı davam etdirəcəyik. Hələlik Əgqanıstan terror təhlükəsini aradan qaldırmaq üçün müstəqil hərəkət edə bilmir. Buna görə də bu cür səylər davam etməlidir”, – Rusiya Xarici İşlər naziri Sergey Lavrov qeyd etdi.
Nazir əlavə edib ki, terrorla mübarizə heç bir ikili standartlar olmadan davam etməlidir.