Lavrov: Rusiya, Afrika ölkələri ilə yeni əməkdaşlıq səviyyəsinə çatmaq istəyir.

0
685

Rusiya Federasiyası Afrika ölkələri ilə yeni əməkdaşlıq səviyyəsinə çatmaq istəyir.
Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Kotdivuarlı həmkarı ilə görüşündən sonra təşkil olunmuş mətbuat konfransı zamanı qeyd edib.
“Əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə gətirmək istəyirsiniz mi” sualına cavabı – bəli, biz istəyirik. Üstəlik, bu səviyyə artıq formalaşmağa başlayır və əminəm ki, bizim tərəfdaşlarımızdakı ən vacib mərhələ, onların dərinləşdirilməsi və zənginləşdirilməsi 24 oktyabrda Soçidə keçiriləcək zirvə toplantısı olacaq” – Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Kotdivuarlı həmkarı ilə görüşündən sonra təşkil olunmuş mətbuat konfransı zamanı bildirib.
Lavrov qeyd edib ki, 2018-ci ildə Rusiya ilə Afrika arasında ticarət həcmi 20 milyard dolları aşıb.
Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Afrika ölkələri ilə təhsil sahəsində də əməkdaşlığın artdığını vurğuladı