Rusiya, daxili münaqişənin həlli ilə bağlı razılaşmanın yerinə yetirilməsi əsasında Kolumbiyada vəziyyətin ən qısa zamanda sabitləşməsində maraqlıdır.
Rəsmi Moskva Kolumbiyada sosial-iqtisadi inkişafın təmin edilməsinə kömək etməyə hazırdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Kolumbiyalı həmkarı Karlos Olmes Truhiloşio ilə danışıqlar sonrası birgə təşkil olunmuş mətbuat konfransı zamanı bildirdi.
“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Kolumbiyada BMT-nin monitorinq missiyasının üzvü olaraq bu müqavilənin həyata keçirilməsində və vəziyyətin ən qısa müddətdə sabitləşməsində maraqlıdır.” – Rusiya Xarici İşlər Naziri qeyd etdi.
“Biz Kolumbiyalı həmkarlarımıza BMT Təhlükəsizlik Şurası vasitəsilə də köməyimizi davam etməyə hazır olduğumuzu təsdiqlədik” – Sergey Lavrov əlavə etdi.