Rusiya xarici işlər naziri Sergey Lavrov Slovakiya Milli Şurasının sədri Andrey Danko ilə ikitərəfli əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Söhbət zamanı Rusiya-Slovakiya əməkdaşlığının və parlamentlərarası qarşılıqlı fəaliyyətin aktual problemləri, habelə beynəlxalq gündəmdəki bir sıra mövzulara toxunuldu” – deyə, verilən məlumatda deyilir.
Qeyd edək ki, Slovakiya Milli Şurasının sədri Andrey Danko Rusiyada rəsmi səfərdədir . Görüş dekabrın 20-si Moskvada keçirilib.